Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

Esper İraqa gedib


Mark Esper Səudiyyə Ərəbistanında ABŞ hərbçiləri ilə görüşür, 22 oktyabr, 2019-cu il

ABŞ-ın Müdafiə naziri Mark Esper Bağdada gedib. Bu səfər haqda öncədən açıqlama verilməmişdi. Bu arada Birləşmiş Ştatlar Suriyanın şimal-şərqindəki hərbçilərini İraq ərazisindən keçməklə çıxarır.

Esperin iraqlı həmkarı Najah al-Shammari və Baş nazir Adel Abdul Mahdi ilə görüşəcəyi gözlənir.

“ABŞ-ın Suriyadan çıxardığı hərbçilərinin İraq Kürdüstanına daxil olaraq İraqdan çıxmasına icazə verilib”, – İraqın Baş Komandanlığı bildirib.

Esper oktyabrın 22-də Səudiyyə Ərəbistanında deyib ki, hərbçilər “müvəqqəti” olaraq İraqda qalacaq, oradan Birləşmiş Ştatlara yollanacaq.

Pentaqon rəhbəri daha öncə reportyorlara bildirmişdi ki, Suriyadan çıxarılan ABŞ əsgərləri İraqın qərbinə gedəcək, İslam Dövləti ekstremist qrupuna qarşı əməliyyatları davam etdirəcək.

ABŞ-ın İraqda 5 min 200 hərbçisi var, İŞİD-ə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın tərkibindədir.

Prezident Donald Trump bu ayın əvvəlində Suriyanın şimalından min hərbçisini çıxarmağı qərara alıb.

Ancaq Pentaqon sonradan bildirdi ki, Vaşinqton qüvvələrinin bir hissəsini orada saxlamağı, İŞİD və digər yaraqlıların regiondakı neft yataqlarından faydalanmasına imkan verməməyi nəzərdən keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG