Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:19

Tofiq Məmmədov: ‘Mənə dedilər partiyadan çıx’


Polis

Oktyabrın 22-də günorta saatlarında saxlandığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədovun sərbəst buraxıldığı deyilir.

Tofiq Məmmədovun özü də bu barədə AzadlıqRadiosuna danışıb.

Gənc fəalın verdiyi məlumata görə, onun yenidən saxlanma səbəbi partiyadan uzaqlaşdırma cəhdi olub:

"Yasamal Rayonun 29-cu Polis Bölməsində mənə dedilər ki, partiyadan çıx. Etiraz etdim. Onda mənə qarşı protokol tərtib etdilər… Məsələ ictimailəşəndən sonra isə fikirlərindən döndülər".

Tofiq Məmmədovun dediklərinə, hələlik, həmin bölmədən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədi müxalif şəxslərə dinc siyasi fəaliyyətlərinə görə, basqı edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

***

Dünən, oktyabrın 21-də inzibati həbsdən azad olunduğu bildirilən AXCP fəalı Tofiq Məmmədovun oktyabrın 22-də yenidən saxlandığı açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Partiyadan qeyd ediblər ki, T.Məmmədovun saxlanma səbəbi onlara məlum deyil: «Yalnız bunu deyib ki, məni 29 saylı Polis Bölməsinə (Yasamal rayon Polis İdarəsi-red.) gətiriblər».

Bu deyilənləri sözügedən bölmə və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

T.Məmmədov oktyabrın 11-də Bakının Yasamal rayonunda, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında təkbaşına aksiya keçirən zaman saxlanmışı. O, həmin vaxt həm siyasi şüarlar səsləndirmiş, həm də polisin xırda ticarətlə məşğul olmasına maneələr yaratdığını vurğulamışdı.

Yasamal rayon Məhkəməsinin onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilərək 10 sutka həbs etdiyi açıqlanmışdı.

Müxalifətin aksiyalarında da, bir qayda olaraq, fəal iştirak edən T.Məmmədovun son bir ildə bir neçə dəfə inzibati qaydada həbs olunduğu bildirilib.

Bakı şəhər Baş Polis İdarəsi də T.Məmmədovun sonucu inzibati həbsi vaxtı açıqlama yaymışdı. Həmin açıqlamada onun qanunsuz küçə ticarəti ilə məşğul olduğu və saxlanmasının siyasi mənsubiyyəti ilə bağlı olmadığı vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG