Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:18

Kanadada seçkini liberallar udur


Justin Trudeau ailəsi ilə birlikdə səs verir

Kanadanın Baş naziri Justin Trudeau-nun Liberallar partiyası 21 oktyabr parlament seçkisində daha çox səs qazanıb. Bu, Trudeau-nun vəzifəsində qalması deməkdir. Proqnozu Kanada Yayım Korporasiyası (CBC) yayıb.

Liberallar 2015-ci ildəki kimi mütləq çoxluğu qazana bilməyib. Bu səbəbdən Trudeau özünə yaxın sosial-demokratik Yeni Demokratik Partiya və Yaşıllarla birlikdə koalisiya hökuməti qurmalı olacaq.

Keçmiş baş nazir Pierre Trudeau-nun oğlu olan 47 yaşlı Justin Trudeau dörd il öncə hakimiyyətə gələndə deyirdi ki, iqlim dəyişikliyi məsələlərinə diqqət ayıracaq, seçki sistemini yeniləyəcək, marixuananı leqallaşdıracaq və ölkə 25 min suriyalı qaçqını qəbul edəcək.

Trudeau baş nazir keçəndən sonra ölkənin əsas müttəfiqləri sağa meyllənib, Britaniya referendumda Avropa Birliyindən çıxmağa səs verib, ABŞ-da 2016-cı ildə Donald Trump prezident seçilib.

Üstəlik, bir sıra qalmaqallar və yüksək gözləntilərin həyata keçməməsi də baş nazirin nüfuzuna təsirini göstərib.

Kanada parlamentində 338 yer birbaşa səsvermə yoluyla seçilir. Ölkədə 27 milyon seçici var.

Günün bütün mövzuları

XS
SM
MD
LG