Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:34

Shell Qazaxıstanın Xəzər neft layihəsini tərk edir


Enerji nəhənglərindən Royal Dutch Shell oktyabrın 21-də bəyan edib ki, “iqtisadi faktorlar səbəbi” ilə Qazaxıstandakı böyük neft və qaz layihəsindən çıxır.

Təhlilçilər bildirirlər ki, Shell şirkətinin ölkənin ən böyük neft yatağı olan Kaşaqana yaxın Xəzər dəniz layihəsindən çıxması Qazaxıstanın iqtisadiyyatına zərbə sayıla bilər.

Qazaxıstanın dövlət neft şirkəti KazMunayGaz bildirir ki, Shell Qazaxıstanı “kapital xərclərin yüksəkliyinə görə mənfəətliyin aşağı olması” səbəbi ilə layihəni tərk edəcəyi barədə əvvəlcədənxəbərdar etmişdi.

Shell Qazaxıstan layihəsindən çıxışını AFP agentliyi vasitəsilə yaydığı bəyanatla bildirib.

Bəyanatda deyilir ki, bu qərarın qətiləşməsinə “sərt investisiya kriteriyaları” təkan verib:

"Bu layihə Shell şirkətinin qlobal portfelindəki başqa imkanlarla müqayisədə kifayət qədər rəqabətli deyildi”.

KazMunayGaz bildirib ki, neft nəhəngi 40 milyon ton neft və 10 milyard kubmetr qaz ehtiyatına malik olduğu təxmin edilən yatağa 900 milyon dollar investisiya yatırmışdı.

Dövlət şirkətinin məlumatına görə indi bu layihə “heç bir xərc tələb olunmadan” respublikaya veriləcək.

Bu da xəbər verilir ki, KazMunayGaz, Shell və daha beş şirkətin iştirak etdiyi başqa bir yataq – Kalamkas üzrə layihənin icrası da təxirə salınır.

Shell Kaşaqan yatağı layihəsində iştirakını davam etdirəcək. Xəzərin şimalında yerləşən bu yataq son 40 ilin ən iri neft tapıntısıdır.

Kaşaqan yatağının inkişaf etdirilməsi bir sıra ləngimələrlə əngəllənib və ona artıq 50 milyard dollar xərclənib.

Shell və KazMunayGaz Kaşaqan yatağını inkişaf etdirən konsorsiumun üzvləridir.

Bu konsorsiuma habelə İtaliyanın Eni, ABŞ-ın ExxonMobil, Fransanın Total S.A., Çinin National Petroleum Corporation və Yaponiyanın Inpex şirkətləri daxildir.

XS
SM
MD
LG