Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:14

Pakistan-Hindistan sərhədində azı 10 nəfər öldürülüb


Kəşmir, arxiv fotosu

Oktyabrın 19-20-də Pakistan və Hindistan sərhədçiləri arasında atışmalarda azı yeddi dinc sakin və üç əsgər öldürülüb.

Hər iki tərəfdən bir-birinə zidd məlumatlar gəlir və ölü sayının arta biləcəyi ehtimal olunur.

Pakistan ordusunun sözçüsü, general mayor Asif Ghafoor oktyabrın 20-də Hindistan tərəfi təmas xəttini atəşə tutmaqda suçlayıb, “dinc sakinlərin bilərəkdən hədəfə alındığını” deyib. Pakistan ordusu Kəşmirin Pakistanın nəzarətində olan hissəsində altı dinc sakinin və bir əsgərin öldürüldüyünü bildirib. Ghafoor Pakistan əsgərlərinin cavab atəşi açaraq doqquz hindistanlı əsgəri öldürdüyünü, “bir neçəsini” yaraladığını qeyd edib.

Hindistan mənbələri isə bu məlumatları təkzib edib, Pakistan əsgərlərinin qarşı tərəfin sərhəd postunu və dinc sakinlər yaşayan ərazilərini hədəfə aldığını vurğulayıb, bir əsgərin, iki dinc sakinin öldürüldüyünü bildirib.

Hindistan ordusunun sözçüsü “AFP”yə deyib ki, “Pakistan tərəfin açdığı atəş” iki əsgərin, bir dinc sakinin həyatına son qoyub, daha 3 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG