Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Barselonada etirazçılar iğtişaşlar törədir


Barselona, 16 oktyabr, 2019-cu il

Dünən – oktyabrın 16-da İspaniyanın Barselona şəhərində etirazçılar maşınlara od vurub, polisə Molotov kokteylləri atıb. Etirazlar Kataloniyanın separatçı liderlərinə məhkəmə hökmü çıxarılandan sonra başlayıb.

2017-ci ildə Kataloniyanı İspaniyadan ayırmağa cəhd olunmuşdu. Bazar ertəsi isə İspaniya Ali Məhkəməsi 9 siyasətçi və fəalı 13 ilədək həbsə məhkum edib.

Çərşənbə günü nümayişləri əvvəlcə dinc keçib, gecə isə polislə etirazçılar toqquşub. Region hökumətinin lideri Quim Torra asayişin dərhal bərpa olunmasına çağırıb.

“Biz zorakılığı pisləyirik. Bu insidentlərin ölkəmizdə baş verməsinə imkan verə bilmərik. Bu, dərhal dayandırılmalıdır”, – Torra gecəyarısından sonra televiziya çıxışında deyib.

Polis əməkdaşlarına Molotov kokteylləri və turşu atıldığını deyib. Bəzi yerlərdə polis etirazçılara qarşı köpüklü güllələrdən istifadə etməli olub.

Baş nazirin vəzifəsini icra edən Pedro Sanchez deyib ki, hökumət qətiyyətlə və adekvat, digər siyasi partiyalarla koordinasiyalı şəkildə hərəkət etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG