Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:37

AB-nin 28 lideri sammitə yığışır


Arxiv fotosu

Oktyabrın 17-18-də Brüsseldə Avropa Birliyinin ikigünlük sammiti keçirilir. Sammitdə Britaniyanın birlikdən çıxmaq cəhdləri, Türkiyənin Suriyanın şimalına müdaxiləsi, blokun genişlənməsi müzakirə olunacaq.

AB-nin sammitində potensial Breksit-lə bağlı hansısa sənədlər müzakirə olunmayacaq. Ancaq hər iki tərəf oktyabrın 16-da ölkənin birlikdən çıxması üzrə razılaşma əldə ediblər.

Yekun sənəd Britaniya və AB deputatları tərəfindən təsdiqlənməlidir.

AB-nin Türkiyənin Suriyadakı əməliyyatına reaksiyası diqqət mərkəzində olacaq. Blok Türkiyəyə silah göndərişlərini simvolik olaraq məhdudlaşdırıb.

Sammitdə 2021-2027 illəri üçün büdcənin müzakirəsi də gözlənir.

Britaniya AB-dən çıxarsa, Brüssel ildə 13,2-15,4 milyard dollarlıq ödəniş haqqını itirməli olacaq.

AB-nin genişlənməsi də gündəmdə duran məsələdir. Bu həftə Albaniya və Şimali Makedoniyanın üzvlüyə doğru irəliləməsinə rədd cavabı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG