Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Ryanair Ermənistan bazarına çıxır


Ryanair rəsmiləri David O'Brien (sağda) və Kate Sherry Ermənistanın Baş naziri Nikol Pashinian-la görüşürlər, 21 avqust, 2019-cu il

Avropanın ən böyük büdcə aviaşirkətlərindən olan Ryanair Ermənistan bazarına çıxır. Bu haqda bu gün Zvartnots aeroportunda şirkətin kommersiya rəhbəri David O’Braian bildirib.

Artıq 2020-ci ilin yanvarından Yerevandan lou-koster uçuşları başlanacaq. Yerevandan 3 istiqamətə uçuşlar həyata keçiriləcək: Yerevan-Milan, Yerevan-Roma və Yerevan-Berlin.

Ryanair Gümrü aeroportundan da reyslər planlaşdırır. Gələn yaydan Gümrü-Memminqen istiqamətində uçuş olacaq.

Şirkət təmsilçisi Avropaya aviabiletlərin 30 avrodan başlanacağını deyib.

XS
SM
MD
LG