Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:09

Gürcüstanın əhalisi 3,5 milyona düşə bilər


Tbilisidə məktəb
Tbilisidə məktəb

Üzümüzə gələn onillər ərzində bir çox ölkələr ciddi demoqrafik problemlərlə üzləşə bilərlər. Doğum səviyyəsinin aşağı olması və immiqrasiya göstəriciləri əhalinin sürətlə qocalması və azalmasıyla sonuclana bilər. Bu haqda “Business Insider” portalı məlumat yayıb.

Portal BMT-nin əhalinin sayı ilə bağlı hesablamalarına istinadla yazır ki, 2020-2050-ci illərdə 20 ölkədə əhalinin sayında ən böyük azalma gözlənir. Gələn onillər ərzində dünya əhalisinin sayı artmaqda davam edəcək, di gəl, bir sıra ölkələrin ciddi demoqrafik çətinliklərlə üzləşəcəyi istisna deyil.

Bu yaxınlarda BBC Bolqarıstan əhalisinin azalmasını yavaşıtmaq üçün görülən işləri işıqlandırıb. Bu ölkənin əhalisi dünyada ən sürətlə azalır. Bunun qarşısını almaqdan ötrü ölkədə təhsil və iqtisadi imkanlar yaxşılaşdırılır, gənc işçilərin Avropa Birliyinə, yaxud başqa ölkələrə köçməsini önləməkdən ötrü Bolqarıstanda daha cəlbedici şərait yaradılır.

Birləşmiş Ştatlarda gələcəkdə də artım proqnozlaşdırılır və amerikalılar daha gec övlad sahibi olmağa üstünlük verirlər. Bu isə əhalinin tədricən yaşlaşması deməkdir.

2020-2050-ci illərdə əhali sayında ən böyük azalma proqnozlaşdırılan 20 ölkə içində 20-ci yerdə İtaliyadır. 2020-ci ildə əhalisinin 60,5 milyon, 2050-ci ildə 54,4 milyon olacağı gözlənir. Bu, 10,1% azalma deməkdir.

Azərbaycanın qonşusu Gürcüstanın əhalisinin 2020-ci ildə 4 milyon, 2050-ci ildə isə 3,5 milyon olacağı proqnozlaşdırılır, yəni 11,8% azalma gözlənir.

Baltik ölkələrindən Estoniyada 12,7, Litvada 22,1, Latviyada 21,6% azalma olacağı bildirilir.

Yaponiyanın əhalisi sözügedən müddətdə 126,5 milyondan 105,8 milyona düşə bilər ki, bu da 16,3% azalma deməkdir.

Və nəhayət əhalisi sürətlə azalan Bolqarıstan yenə də birinciliyi saxlayır. 2020-ci ildə 6,9, 2050-ci ildə 5,4 milyon əhalisinin olacağı proqnozlaşdırılır, yəni, 22,5% azalma gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG