Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 21:19

Budaq dayanacaqdakı qadınların üstünə düşüb


Foto arxiv

Dünən, oktyabrın 15-də Yasamal rayonunda bir ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 qadının üstünə düşərək, onlara xəsarət yetirib.

Bakı şəhər İcra Hakimiyyətinin Bitkiləri mühafizə və yaşıllaşdırma şöbəsinin rəisi Orxan Məmmədov hadisənin metronun «Elmlər Akademiyası» stansiyasının çıxışındakı avtobus dayanacağında baş verdiyini bildirib. «Tam sağlam ağacdır, zədəsi yoxdur. Odur ki, özümüzü də təəccübləndirən budur ki, sağlam ağac budağı birdən-birə belə necə sına bilər?», - O.Məmmədov qeyd edib.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə isə, təcili tibbi yardım briqadası yaralıları Klinik Tibbi Mərkəzə çatdırıb: «Xəsarət alanlardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub, onlara tibbi yardım göstərilib».

Nazirlikdən deyilənə görə, xəstələr müayinə edildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG