Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:52

Navalny-nin ofislərində yenə axtarış aparılıb


Aleksei Navalny
Aleksei Navalny

Rusiyanın bir sıra şəhərlərində Kremlin tənqidçisi Aleksei Navalny-nin Antikorrupsiya Fondunun (FBK) ofislərində axtarış aparılıb.

Rusiyada etirazların və həbslərin monitorinqini aparan OVD-Info təşkilatı oktyabrın 15-də bildirib ki, Navalny-nin Ufa, Saratov, Samara, Yekaterinburq, Yaroslavl, Çelyabinsk və Novokuznetskdəki ofislərində reyd keçirilib.

FBK-nin direktoru Ivan Zhdanov Twitter-də yazıb ki, Belqorod, Voronej, İjevsk, Kemerovo, Vladivostok, Çeboksari və Stavropoldakı ofislərdə də axtarış aparılıb.

Mediazona onlayn insan haqları xəbər portalının bildirməsinə görə, həmin gün Navalny-nin onlarla ofisində və həmkarlarının evlərində axtarışlar həyata keçirilib.

Zhdanov deyib ki, bu axtarışların təbiəti yalnız bir hədəfi büruzə verir: maksimum maddi ziyan vurmaq. “Əvvəllər yalnız qorxutmaq istəyirdilər, daha bu işləmir”, – o vurğulayıb.

“Terror hərəkəti”

43 yaşlı Navalny Prezident Vladimir Putinin açıq tənqidçilərindəndir, dəfələrlə həbsə atılıb, president seçkisinə buraxılmayıb.

FBK-nin layihə meneceri Leonid Volkov Telegram-da axtarışları hakimiyyətin “terror hərəkəti” adlandırıb.

Media yazır ki, Navalny-ni indiki və keçmiş həmkarlarından bəziləri Moskva, Yekaterinburq və Vladivostokda dindirilmək üçün saxlanıb.

Axtarışlar və saxlamalar haqda rəsmi açıqlama yoxdur.

Navalny-nin ofislərində avqust və sentyabrda da axtarış aparılmışdı.

İstintaq Komitəsinin daha öncə bildirməsinə görə, müxalifətçinin fondu çirkli pul yumada şübhəli bilinir və istintaq başladılıb.

Navalny və komandası iddianı rədd edib, hakimiyyətin fonda maliyyə dəstəyini kəsməyə çalışdığını bildirib.

Ötən həftə isə Rusiyanın Ədliyyə Nazirliyi FBK-nı “xarici agent” siyahısına saldı. 2012-ci ildə qəbul olunmuş müvafiq qanunvericiliyi Qərb tənqid eləmişdi, təşkilatları qaralamaq məqsədi daşıdığını deyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG