Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:41

Qazaxıstanla Azərbaycan vizasız qalmanın müddətini uzadırlar


Türk Şurasının ötənilki sammiti

Qazaxıstanla Azərbaycan vətəndaşları üçün hər iki ölkədə vizasız qalmağın müddətini 30 gündən 90 günə uzadıblar.

Bu razılaşma oktyabrın 14-də Bakıda imzalanıb. İki ölkənin xarici işlər nazirləri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammiti çərçivəsində görüşüblər.

Razılaşmaya görə, səyahətçilər digər ölkədə 30 günədək qalanda qeydiyyatdan keçməyə ehtiyac yoxdur. 30 gündən 90 günədək qalanda isə yerli orqanlarda qeydiyyat alınmalıdırlar. Ancaq bundan ötrü viza tələb olunmayacaq.

Türk Şurası 2009-cu ilin oktyabrında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən yaradılıb. Özbəkistan sentyabrda üzvlük üçün müraciət edib.

Şuranın ötən il Qırğızıstanda keçirilən sammitində Macarıstan quruma müşahidəçi qismində qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG