Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:05

Bakı 'Barış Pınarı'na münasibət bildirib


XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat verib.

Bu gün, oktyabrın 11-də yayılan bəyanatda yazılıb ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizədə səylərini dəstəkləyir. «Biz əminik ki,… Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi «Sülhün mənbəyi» əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına,… sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək», - XİN bildirir

Xatırlatma

Türkiyə iki gün öncə, oktyabrın 9-da Suriyanın şimal-şərqində «Barış Pınarı» (Sülh bulağı) əməliyyatına başlayıb. Türkiyə prezidenti T.R.Ərdoğan məqsədin bu ərazini terrorçulardan təmizləmək olduğunu deyir. Türkiyə Suriyanın şimalında «təhlükəsiz zona» yaradaraq 2 milyonadək suriyalı qaçqını oraya yerləşdirməyi planlaşdırdığını açıqlayıb. Amma bəzi ölkələr bunu Suriyanın ərazi bütövlüyünə qarşı əməliyyat kimi dəyərləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG