Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Olga Tokarczuk 9 il öncə AzadlıqRadiosu-na deyirdi ki…


Olga Tokarczuk
Olga Tokarczuk

Polşa yazıçısı Olga Tokarczuk 2018-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, 2010-cu ildə Praqada kitab yarmarkasında olanda AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsində Polşada ədəbi karyeranın çətinliklərindən, yazıçıların həm demokratik, həm də avtoritar cəmiyyətlərdəki rolundan danışırdı.

Avtoritar və demokratik sistemlərdə yazıçı

Tokarczukun fikrincə, yazıçılar reallığı dəyişmək gücünə malikdir. “İncəsənətin reallığı dəyişmək gücü var. Bu, bizi görülməyən nöqteyi-nəzərlə ünsiyyətə aparır. Dünyanın necə fərqli ola biləcəyini anlayanda isə bir siyasi baxımdan daha artıq fəaliyyətə başlayırıq. Bizim ideyalarımız və alternativimiz var”, – o deyib.

“Bu ehtimal avtoritar rejimlərdə yazıçılar arasında ayrıcalıq salır. Bəziləri rejimə yaxınlaşır, digərləri müxalifətə qoşularaq dəyişikliyi təbliğ edir”. Yazıçı bu suala cavabında bunun avtoritar sistemlərdə daha aydın sezildiyini, ancaq demokratik ölkələrdə də işlək olduğunu söyləyib.

“Bizi oyadan, şüurumuzu genişləndirən yazıçının rolu burada, Qərbdə daha çox lazımdır, çünki demokratiyalar bizim sosial həssaslığımızı kütləşdirir. Biz yaxşı işləyəndə və özümüzü təhlükəsiz hesab edəndə hadisələrə meydan oxumaq tendensiyamızı itiririk”, – yazıçı vurğulayıb.

Tokarczuk-un dövlət mükafatlarına münasibəti necədir, bunu hökumətin dikbaş yazarları ələ alması kimi yanaşırmı? O, 1989-cu ildən öncə Polşadakı durumu yada salır, onda rejim yazıçıları satın almağa çalışırdı. Kommunist rejimi ilə əməkdaşlıq edən Jaroslaw Iwaszkiewicz 1989-cu ildə rejim dağılanda gözdən salındı. Sonradan onun əsərləri yenidən populyarlıq qazanmağa başladı.

Rusiya təhdidi

Rusiyanın açıq tənqidçisi olan yazıçı bu ölkəyə tez-tez getmədiyini deyib. Sonuncu dəfə 2007-ci ildə səfəri zamanı xeyli anlaşılmaz şeylər aşkarladığını, “Qaçanlar” adlı kitabında Rusiyaya həsr olunmuş böyük təhdiddən söz açdığını söyləyir.

“Mən mümkün qədər detallı şəkildə sistemin tələsinə düşmüş, orada ilişib qalmış fərdin adi, gündəlik həyatını açmağa çalışdım. Belə bir fərdin sistemə etiraz eləməyə adətən dili, gücü, bacarığı, qabiliyyəti çatmır.

Avropanın biz olan hissəsinin problemi çox zəif olmasıdır. Bəzən Qərbdəkilər bunu anlamırlar. Bu gün buna vətəndaş cəmiyyəti deyirlər... ancaq məncə, Rusiya funksional cəmiyyətin mövcud olmadığı məkana bir misaldır”, – o əlavə edib.

“... 19-cu əsrdə yaşamış şair Adam Mickiewicz-in yazdığı kimi, “moskvalı” dostlarımızla sıx münasibətimiz olub. Digər tərəfdən, Rusiyadakı rejimlə bağlı dəhşətli qorxu və nifrəti biz polyaklar qorxunc və təhdidedici sayırıq, sanki başqa bir sivilizasiyadan gəlirmiş kimi”, – yazıçı vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG