Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:28

Rumi və Şəms haqqında film çəkiləcək


Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Rumi

İran və Türkiyə kinematoqrafçıları birlikdə maraqlı bir film layihəsi üzərində işləyəcəklər. Film XIII əsrdə yaşayıb yaratmış sufi şair və mistik Mövlana Cəlaləddin Rumi və sonradan onun müəllimi olmuş dərviş Şəms Təbrizinin həyatı haqqında olacaq.

«Onuncu gecə», «Sıfır dərəcəli orbit» və «Şəhrizad» adlı populyar İran televiziya seriallarını çəkən Hassan Fat'hi bu filmin rejissoru olacaq. Filmin ictimaiyyətlə əlaqələrə cavabdeh komandası bildirib ki, artıq filmin adı da məlumdur: «Sevgidən sərxoş».

Filmdə Şəms obrazını Qızıl Palma mükafatı laureatı, iranlı aktyor Shahab Hosseini canlandıracaq. O, 2016-ci ilin Kann kino festivalında Asghar Farhadin-in «Satıcı» filmindəki roluna görə «Ən yaxşı aktyor» nominasiyasında qalib olub.

«Tehran Times» qəzeti yazır ki, tezliklə İran və Türkiyənin ən yaxşı aktyorları filmin çəkilişinə cəlb olunacaq.

Filmin bütövlükdə Türkiyənin Konya şəhərində çəkiləcəyi bildirilir. Bu şəhər Ruminin vətənidir. Şairin məqbərəsi də burada yerləşir.

Filmin ssenarisini Fat'hi və Farhad Tohidi birlikdə yazırlar. İranlı Mehran Broumand və Türkiyədən adı çəkilməyən şəxs layihənin prodüserləri olacaq. Qeyd edək ki, prodüser və rejissor Mehran Broumand İranda məşhur olan bir neçə film və televiziya serialının çəkilişində iştirak edib. O, həm də islam tarixinə haqda çəkilən «Muxtarnamə» adlı yeni televiziya serialında prodüserinin məsləhətçisi olub.

İki sufinin dostluğu

1207 – 1273-cü illər arasında yaşamış Cəlaləddin Rumi bir, yaxud iki dəfə Suriyaya səfər edib. Dərviş Şəmslə də bu səfər zamanı tanış olub.

1244-cü il noyabrın 30-da Şəms Konyaya səfər edib. Onun Rumidə dərin iz buraxması da bu səfərlə eyni vaxta təsadüf edir.

İki sufi mistik bir neçə ay davamlı ünsiyyətdə olublar. Nəticədə Rumi öz davamçılarını da, ailəsini də yaddan çıxarıb, onlara vaxt ayırmayıb. Onlar da, öz növbələrində, bu iki şəxsiyyətin arasındakı yaxın münasibətlərdən narazı qalıblar.

1247-ci ildə bir axşam Şəms birdəfəlik yoxa çıxıb. Bundan sonra Rumi şair olub.

Ancaq mütəxəssislər Şəmsin 1248-ci ildə Xoy şəhərində öldüyünü, bununla bağlı ciddi dəlillərin olduğunu deyirlər. Şairin Xoydakı məqbərəsi UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilib.

Şəmsin Divanının onun öz həyatında yaşadıqlarının şeir şəklində təcəssümü olduğu deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG