Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:06

Yarım ton narkotik ittihamı ilə tutulana bəraət verilib


Həbs

Bu gün, oktyabrın 10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasov bəraət alıb.

Bu barədə məlumat verən vəkil Anar Qasımlının sözlərinə görə, N.Abbasovun əməli sübuta yetirilməyib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama əsasən, N.Abbasov idarə etdiyi yük avtomobili vasitəsilə İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb.

İstintaq N.Abbasov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq ) və 234.4.1-ci (…mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri… hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edib.

Amma məhkəmədə ittihamın sübuta yetirilmədiyi qeyd edilir.

Vəkilin bu açıqlamasına, hələlik, istintaq qurumundan münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG