Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Meri yük maşınına bağlayaraq küçədə sürüyüblər


Meksika, arxiv fotosu

Meksikanın cənubunda bir kəndin merini ofisindən çıxararaq yük maşınına bağlayıb küçədə sürüyüblər. BBC buna görə 11 nəfərin saxlandığını xəbər verir.

Mer Jorge Luis Escandón Hernández-in azad olunması üçün polis işə qarışmalı olub. Onun ciddi xəsarət almadığı bildirilir.

Bu, yerli fermerlərin ikinci hücumudur, onlar merin seçki vədini yerinə yetirməsini, yolu bərpa etməsini tələb edirlər. Hazırda Çiapas ştatındakı kəndə əlavə polis əməkdaşlarının cəlb olunduğu bildirilir.

BBC yazır ki, adətən Meksikada merlər və yerli siyasətçilər narkotika bandalarının kriminal sxemlərində əməkdaşlıqdan imtina edirlərsə, onların hədəfinə çevrilirlər. Ancaq seçki vədinə görə hücuma məruz qalmaq çox da geniş yayılmayıb.

Cənab Escandón saxlananlara adam oğurluğu və qətl cəhdi ittihamlarının irəli sürülməsinə çalışacağını deyib.

XS
SM
MD
LG