Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 09:58

Ədəbiyyat üzrə Nobelin qalibləri bilindi


Peter Handke (solda) və Olga Tokarczuk

Oktyabrın 10-da Stokholmda ədəbiyyat üzrə Nobel mükafatlarının qalibləri açıqlanıb.

2018-ci il üzrə Nobel polşalı yazıçı Olga Tokarczuk-a verilib. Builki mükafatın qalibi isə avstriyalı müəllif Peter Handke-dir.

***

Bu gün – oktyabrın 10-da İsveç Akademiyası ədəbiyyat üzrə Nobel mükafatının iki qalibini elan etməlidir. Ötən il mükafat cinsi qısnama qalmaqalı üzündən verilməmişdi.

Favoritlər siyahısına müəllif və şair Anne Carson, kanadalı yazar Margaret Atwood, rusiyalı romançı Lyudmila Ulitskaya daxildir.

Stokholmdakı İsveç Akademiyası son bir ildə strukturuna dəyişiklik edib, bir neçə yeni üzv cəlb edib.

Ötənilki qalmaqal maraqlar toqquşması qaydalarının pozulmasını, seksual hücum iddialarını ortaya çıxarmışdı.

Akademiya üzvü Katarina Frostenson-un həyat yoldaşı zorlamada təqsirli bilinərək 2 il yarım həbsə məhkum edilib. Bundan sonra Frostenson akademiyadan gedib.

Artıq tibb, fizika və kimya üzrə Nobel mükafatları təqdim olunub. Oktyabrın 11-də sülh, 14-də isə iqtisadiyyat üzrə Nobel verilməlidir.

Hər biri 9 milyon kron (908 min dollar) dəyərində Nobel mükafatları dekabrın 10-da Alfred Nobelin anım günündə təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG