Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 11:34

İran Türkiyəylə sərhəddə hərbi təlim keçirir


Arxiv fotosu

İran ordusu Türkiyəylə sərhəddə əvvəlcədən elan etmədiyi hərbi təlimlərə başlayıb.

Yarırəsmi ISNA xəbər agentliyi oktyabrın 9-da xəbər verib ki, təlimlərdə çevik alaylar, mobil və hücum briqadaları, vertolyotlar iştirak edir.

İranın Qərbi Azərbaycan vilayətində keçirilən manevrlərə İran ordusunun baş qərargah rəisi, general mayor Abdolrahim Musavi nəzarət edir.

Təlimlərə qatılan hərbçi sayı açıqlanmır.

Suriyada vətəndaş müharibəsində Prezident Bashar al-Assad-ı dəstəkləyən Tehran Türkiyənin planlaşdırdığı əməliyyata qarşı çıxır.

İran Prezidenti Hassan Rohani oktyabrın 9-da Ankaranı təmkinlilik göstərməyə, Suriyanın şimalında hərbi əməliyyat aparmamağa çağırıb.

“Türkiyə cənub sərhədləri sarıdan haqlı olaraq narahatdır. İnanırıq ki, düzgün yol həmi narahatlığı aradan qaldırmaq olar”, – IRNA Rohani-yə istinadla yazır.

Rohani onu da deyib ki, ABŞ əsgərləri “regiondan çıxmalıdır” və Suriyadakı kürd qüvvələri “Suriya ordusunu dəstəkləməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG