Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 09:38

Azərbaycanın rəqabətlilik indeksi yaxşılaşıb


Azərbaycanda kölgə iqtisdiyyatı (karikatura)

Azərbaycan qlobal rəqabətlilik indeksində irəliləyib. Dünya İqtisadi Forumu oktyabrın 9-da “Qlobal Rəqabətlilik Hesabatı”nı açıqlayıb.

1979-cu ildən hər il açıqlanan bu hesabatda biznesin effektliyi və uzunmüddətli iqtisadi artıma təkan verən faktorlar dəyərləndirilir.

Sinqapur bu il 84,8 balla dünyanın ən rəqabətli iqtisadiyyatı elan olunub, Birləşmiş Ştatları ikinci yerə salıb. Honq Konq şəhəri 3-cü, Niderland 4-cü, İsveçrə 5-ci yerdədir.

İndeksdə 141 iqtisadiyyat 103 indikator üzrə dəyərləndirilir. İndikatorlar 12 mövzu üzrə qruplaşdırılıb –institutlar, infrastruktur, İKT-nin qəbulu, makroiqtisadi sabitlik, səhiyyə, bacarıqlar, məhsul bazarı, əmək bazarı, maliyyə sistemi, bazarın ölçüsü, biznes dinamizmi və innovasiya qabiliyyəti.

Azərbaycan 62,7 balla 58-ci yerdədir. Bu, ötənilki göstəricidən 11 pillə irəliləyiş deməkdir.

Ötən il Azərbaycan 140 ölkə içində 69-cu olmuş, 2017-ci ildəki 35-ci pillədən iki dəfə geriləmişdi.

Qonşulardan Rusiya 43, Ermənistan 69, Gürcüstan 74, İran 99-cu yerdədir.

Böyük 20-lik ölkələrindən ilk onluğa Yaponiya (6), Almaniya (7), Böyük Britaniya (9) da düşüb. Argentina isə iki pillə geriləyərək 83-cü yerdə qərarlaşıb.

Dünyada ən böyük rəqabətin Asiya-Sakit Okean regionunda olduğu, ondan sonra Avropa və Şimali Amerikanın gəldiyi bildirilir.

Birləşmiş Ştatlar birinciliyi Sinqapura uduzsa da, innovasiya mərkəzi olaraq qalır, biznes dinamizmi üzrə 1-ci, innovasiya qabiliyyəti üzrə 2-ci, bacarıqlı işçilərin tapılması üzrə 1-cidir.

Dünyanın texnologiya baxımından ən çox inkişaf etmiş ölkələri Skandinaviya ölkələridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG