Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:11

Almaniya 44 əfqanı deportasiya edir


Almaniyadan deportasiya olunmuş əfqan qaçqın Kabilə çatır, arxiv fotosu

Almaniyadan sığınacaq istəyən əfqanlardan ibarət daha bir qrup deportasiya olunub. Xəbəri Almaniyanın dpa agentliyi oktyabrın 9-da yayıb.

44 nəfərlik qrup elə həmin gün Kabilə çatıb. Bu, 2016-cı ilin dekabrından deportasiya olunan 28-ci qrupdur.

O vaxtdan 720 əfqan ölkəsinə qaytarılıb. Ancaq deportasiya məsələsi Almaniyada müzakirə olunmaqdadır. Belə ki, əfqanlar hələ də müharibə gedən ölkəyə qaytarılır, təhlükəli şəraitdə yaşayırlar.

Bu ilin altı ayı ərzində Əfqanıstanda münaqişədə 1366 dinc sakin öldürülüb, BMT bildirir.

Oktyabrın 7-də isə ölkənin şərqindəki Nangarhar vilayətində biri uşaq olmaqla azı 10 dinc sakin öldürülüb. Hücuma görə məsuliyyəti götürən olmayıb. Həm İslam Dövləti, həm də Taliban qruplaşmaları Nangarharda fəaldır.

“Save the Children” uşaq haqları qrupunun bildirməsinə görə, son 18 ildə Əfqanıstanda doğulub böyüyən hər bir uşaq müharibə və münaqişənin təsirinə məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG