Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 11:36

​ Ukraynada milyarderin şirkətinə qarşı araşdırma başlanır


Rinat Akhmetov

Ukraynanın Antimonopoliya Komitəsi milyarder Rinat Akhmetov-a məxsus, ölkənin ən böyük elektrik istehsalçısı olan DTEK şirkətinə qarşı istintaqa başlayıb.

Komitənin vebsaytına yerləşdirilmiş bəyanatda deyilir ki, Akhmetov-un enerji holdinqinin qərbi İvano-Frankivsk regionunda yerləşən bölməsi “iqtisadi praktikadan sui-istifadə”də suçlanır.

DTEK-in filialı Zaxidenerho-nun həmin regionda “bazarda iştirakı”ndan faydalandığı iddia olunur. Belə ki, şirkətə məxsus zavod 3 regionda elektrik hasilatının 90 faizini verir.

DTEK isə ittihamı əsassız, istintaqı “bazar rəqabətinə süni administrativ müdaxilə” adlandırıb.

Hələ avqustda Milli Antikorrupsiya Bürosu DTEK rəsmilərini kömürdən alınan elektrikin qiyməti ilə mannipulyasiyada ittiham etmişdi. 2016-2017-ci illərdə istehlakçıların 747 milyon dollar əlavə ödəniş etməyə məcbur olduğu bildirilirdi.

İddiaya görə, DTEK bu sxemdən 560 milyon dollar gəlir götürüb. Enerji istehsalçısı isə iddianı rədd edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG