Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11

'Binə'də yanğın olub


Yanğın. Foto arxiv

Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» Ticarət Mərkəzində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi oktyabrın 8-i gecə məlumat yayıb.

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirliyin daha sonra yaydığı məlumata görə, yanğın söndürülüb. Nəticədə ticarət mərkəzində içərisində mallarla birgə təqribən 2500 kvadratmetr sahənin yandığı bildirilir.

Səhiyyə Nazirliyi isə qeyd edir ki, «Binə» Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı təcili yardım briqadasının həkimləri hadisə yerinə gediblər: «Təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan 3-ünə yerində yardım göstərilib, bir nəfər isə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb».

Bu il bundan əvvəl də həm Bakıda, həm də bölgələrdə bəzi ticarət mərkəzlərində müxtəlif dərəcəli bir sıra yanğınlar baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG