Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Yerevanda informasiya texnologiyaları konqresi keçirilir


Nikol Pashinian tədbirdə çıxış edir

Yerevanda İnformasiya Texnologiyaları üzrə Ümumdünya Konqresi (WCIT 2019) başlanıb. Tədbir Ermənistan paytaxtında konsertlə açılıb.

Tədbirə dünyanın 70 ölkəsindən 2 mindən çox iştirakı qatılır. Qonaqlar arasında erməni əsilli amerikalı teleulduz Kim Kardashian da var.

İştirakçıları Baş nazir Nikol Pashinian salamlayaraq deyib ki, tarixən innovasiyalar və təşəbbüslər erməni mənsubiyyətinin əsasında dayanıb.

“Erməni xalqı tarix boyu dünyaya alimlər, mühəndislər, ixtiraçılar verib. Onlar da bəşər həyatının inkişafına və yüksəlişinə dəyərsiz töhfələrini veriblər”, – Pashinian vurğulayıb.

“Ermənistanı dünya səviyyəsində qabaqcıl texnoloji ölkəyə çevirməkdən ötrü təhsil sistemimizdə islahatlara, strateji infrastrukturu modernləşdirməyə, insan kapitalına sərmayə qoymağa hazırıq...” – baş nazir deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG