Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:04

İranda Instagram ulduzu həbs olunub


Sahar Tabar

İranda amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün görünüşündə kəskin dəyişiklik etmiş Instagram ulduzu həbs olunub. Xəbəri “Tasnim” agentliyi yayıb.

Sahar Tabar kimi tanınan sosial media ulduzu küfr daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur. Tasnim oktyabrın 5-də axşam yazıb ki, o, zorakılığı qızışdırmaqda, gəncləri korrupsiyaya həvəsləndirməkdə də suçlanır. Qadının Instagram-dakı hesabı da artıq silinib.

22 yaşlı Tabar ötən il plastik əməliyyat vasitəsilə sifətini dəyişdirəndən sonra yerləşdirdiyi fotolarla beynəlxalq medianın diqqətini çəkmişdi. Onun 50 plastik əməliyyatdan keçdiyi bildirilirdi. Ancaq 26 min 800 izləyicisi ilə paylaşdığı fotoların çoxunda güclü montaj hiss olunurdu.

Tabar-ın bəzi fotolarında onun saçı hicabla örtülür, burnu da ağ sarı ilə bağlanırdı. Belə bir sarğını Tehran küçələrində qadınlar tez-tez taxırlar.

Instagram hazırda İranda əlçatan yeganə sosial media xidmətidir. Bu ölkədə Facebook, Twitter və Telegram messencer xidməti qadağan olunub.

XS
SM
MD
LG