Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

Moskva rusiyalı jurnalistin saxlanmasına görə Tehrandan izahat istəyir


Yulia Yuzik
Yulia Yuzik

İranın Rusiyadakı səfiri rusiyalı jurnalistin Tehranda saxlanması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

Nazirliyin sözçüsü Maria Zakharova oktyabrın 4-də özünün Facebook səhifəsində yazıb ki, Rusiya XİN-də səfirdən “baş vermis insident barədə tez bir zamanda izahat verilməsi” istənib.

Zakharova-nın sözlərinə görə Moskva İran tərəfindən jurnalist Yulia Yuzikin hüquqlarının təmin olunmasını və onun konsulluq xidməti ilə təmasına imkan yaradılmasını rica edib.

***

Tehranda rusiyalı jurnalist saxlanıb

Rusiyalı jurnalist Yulia Yuzik İranda saxlanıb. Məlumatı onun qohumları, həmkarları və Tehrandakı Rusiya səfirliyinin əməkdaşı verib.

Səfirliyin sözçüsü Andrei Ganenko oktyabrın 4-də “Interfax” agentliyinə deyib ki, rusiyalı diplomatlar durumdan məlumatlıdır və daha çox informasiya əldə etməyə çalışırlar. O, əlavə detallar açıqlamayıb.

Yuzik-in qızı anasının Facebook səhifəsində yazıb ki, jurnalistin “böyük problemləri var” və oktyabrın 5-nə təyin olunmuş məhkəmə prosesində “onun taleyi həll olunacaq”.

Jurnalistin keçmiş həyat yoldaşı, jurnalist Boris Voitsekhovsky AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, o, İsrail üçün casusluqda ittiham olunur. Ancaq bu informasiya rəsmən təsdiqlənməyib.

Voitsekhovsky-nin sözlərinə görə, Yuzik təqsirli bilinsə, onu 10 ilədək həbs cəzası gözləyir. O, Yuzik-in Rusiyanın bir media orqanı üçün İranda çalışdığını, bu həftənin əvvəlində Tehrana gedəndən sonra həbs olunduğunu bildirib. Voitsekhovsky deyir ki, qadının pasportu Tehrana ayaq basan kimi sərhəd xidməti tərəfindən alınıb.

Yuzik 1981-ci ildə Rusiyanın Rostov regionunda doğulub. O, 2003-cü ildə “Allahın gəlinləri” kitabıyla tanınıb. Kitabda Rusiyanın Şimali Qafqaz regionunda qadın intiharçılardan söz açılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG