Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:05

206 milyon adamın humanitar yardıma ehtiyacı var


Heratda əfqan məcburi köçkün qız

2018-ci ildə dünyanın 81 ölkəsində yaşayan 206,4 milyon nəfər humanitar yardıma ehtiyacı olub. Bu adamların böyük hissəsi azsaylı ölkələrə cəmləşib: altı ölkədə humanitar yardıma ehtiyacı olan 80,6 milyon nəfər yaşayır.

“İnkişaf təşəbbüsləri” adlı qurum “Qlobal humanitar yardım hesabatı 2019” hesabatını açıqlayıb.

2017-ci ildə 10 ölkə bütün ölkələrə ayrılan humanitar yardımın 63%-ni (11,8 milyon ABŞ dolları) əldə edib.

Bir çox hallarda böhranların uzandığı, bunun yoxsulluq içində yaşayanlara özəlliklə təsir göstərdiyi vurğulanır.

Qlobal miqyasda məcburi köçkünlərin sayı artıq yeddinci ildir ardıcıl şəkildə artır, 2018-ci ildə 70,8 milyona çatıb.

Bu arada hökumətlərin və özəl donorların ayırdığı beynəlxalq humanitar yardımın məbləği də yüksəlib, 2018-ci ildə 28,9 milyarda çatıb. Bu, 2014-cü illə müqayisədə 30 faizdən artıq artım deməkdir.

Hesabata görə, Əfqanıstanda 10,6 milyon nəfərə 599 milyon dollarlıq; Ukraynada 3,5 milyon nəfərə 187 milyon dollarlıq; Pakistanda 3,2 milyon nəfərə 123 milyon dollarlıq yardım gərəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG