Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 10:59

İraqın Baş naziri etirazçıların tələblərini qəbul edir


Bağdadda etirazçılar

İraqın baş naziri deyir ki, etirazçıların korrupsiyaya son qoymaq tələbi “düzgündür”, ancaq o, son iğtişaşları pisləyib. Son günlər İraqda 30-dan artıq adam öldürülüb.

Adel Abdel Mahdi oktyabrın 4-də səhər televiziyayla çıxışında vətəndaşlara deyib ki, “sizin islahatlar və korrupsiyayla mübarizəylə bağlı tələbləriniz bizə çatıb”.

“Korrupsiya ilə mübarizə tələbi və gənclərin gələcəyindən narahatlıq düzgün tələblərdir və biz hər bir qanuni xahişə cavab verəcəyik”, – o deyib.

Baş nazir “boş vədlər” verməyəcəyini, yaxud qısamüddətli həll yolları təklif etməyəcəyini vurğulayıb.

Adel Abdel Mahdi əhalini dinc etirazların xaosa çevrilməsini önləməyə çağırıb. O xəbərdarlıq edib ki, epidemik korrupsiyanın “sehirli həll” yolu yoxdur. Yoxsul ailələrə baza gəliri ayıracaq qanun qəbul etmək, hökumətdə dəyişikliklər vədi verib.

Bağdadda və ölkənin müxtəlif şəhərlərində hökumətə qarşı üç gündür edən etirazlarda azı 31 nəfər öldürülüb. Onlardan azı ikisi polis əməkdaşlarıdır. Azı 1400 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG