Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:56

S.Vurğun adına Yaradıcılıq Evi sökülüb


Bina

Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən, Yazıçılar Birliyinə məxsus Səməd Vurğun adına Yaradıcılıq Evinin söküldüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna qəsəbənin sakinləri məlumat verib. Onların sözlərinə görə, söküntü işləri dünən, oktyabrın 2-də başlayıb və axşam saatlarına qədər binanın 80 faizi tamamilə sökülüb.

Bu il iyun 28-də prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədilə qurumun Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Sərəncam imzalayıb.

Bundan ötrü Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Hələlik, Yazıçılar Birliyi ilə məsələ ilə bağlı danışmaq cəhdləri nəticə verməyib. Amma «Turan» agentliyinin məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən binanın sökülməsindən xəbərləri olmadığını bildiriblər.

Agentliyin xəbərinə görə, Xəzər rayon İcra Hakimiyyətinin humanitar şöbəsindən isə bildiriblər ki, Səməd Vurğun adına Yaradıcılıq Evi uçurulmayıb: «Bina uçurulmayıb, sökülüb. Yerində isə Yazıçılar Birliyi üçün təzə bina tikiləcək. Prezident bu məqsədlə 3 milyon vəsait ayırıb. Əvvəl həmin binada məcburi köçkünlər məskunlaşmışdılar, indi onlar Kürdəxanı qəsəbəsinə köçürülüb».

Lakin icra hakimiyyətin nümayəndəsi «niyə sərəncamda qeyd edildiyi kimi, bina təmir və rekonstruksiya edilməyib, sökülüb» sualına cavab verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG