Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Qanunsuz reydə görə iki polis əməkdaşı işdən çıxarılıb


Polis
Polis

Moskva yaxınlığındakı Balaşixa şəhərində iki polis əməkdaşı işdən çıxarılıb və onlara ittiham irəli sürülüb. Buna onların reydi zamanı iki özbəyin ikinci mərtəbədən tullanaraq xəstəxanaya yerləşdirilməsi səbəb olub.

Moskva region polisinin sözçüsü Tatyana Petrova oktyabrın 2-də bildirib ki, insidentə görə həmin polis əməkdaşlarına nəzarət edənin də vəzifəsi azaldılıb.

“Daxili təhqiqat nəticəsində Balaşixa şəhər polisinin təhqiqat departamentinin iki əməkdaşı yol verdikləri nöqsana görə işdən çıxarılıb və qanuna uyğun olaraq cəzalandırılacaq”, – Petrova deyib. O, daha 10 əməkdaşın insidentə görə intizam töhməti aldığını vurğulayıb.

Dilshod TemirovIlhom Holmatov sentyabrın 20-də çoxsaylı sümük sınıqları ilə xəstəxanaya yerləşdirilib. Onlar üç mülkigeyimlidən xilas olmaq üçün ikinci mərtəbədən tullanıblar.

Özbəklərin AzadAvropa/AzadlıqRadiosu-na bildirməsinə görə, üç nəfər mənzilə girərək özlərini istintaq şöbəsinin əməkdaşları kimi təqdim edib, Temirov, Holmatov-dan və həmin vaxt mənzildə olan digər orta asiyalılardan nağd pul tələb edib.

Moskva regional polisi ötən həftə insidentlə bağlı daxili təhqiqat başladıldığını bildirmişdi.

Temirov və Holmatov bacarıqlı təmir-bərpa ustalarıdır. Onları Moskva Politexnik Muzeyi Rusiya paytaxtında bir sıra muzeylərdə bərpa işinə görə dəvət edib.

Rusiyada Orta Asiya və Qafqazdan işçi miqrantlara qarşı ardıcıl olaraq ultra-millətçilər, neo-nasistlər, hətta polis tərəfindən hücum olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG