Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:45

Bağdadda ölənlərin sayı 18-ə çatıb


Bağdadda etirazçılar, 2 oktyabr, 2019-cu il

İraqda korrupsiya və işsizliyə qarşı kütləvi etirazlarda ölənlərin sayı 18-ə çatıb. İraqlılar oktyabrın 3-də komendant saatına baxmayaraq yenidən küçələrə çıxıblar. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib, hətta atəş açılıb.

Tibbi işçiləri və təhlükəsizlik mənbələri Amarah şəhərində dörd etirazçının öldürüldüyünü deyirlər.

600-dən çox etirazçı və təhlükəsizlik əməkdaşı yaralanıb.

***

Oktyabrın 2-də gecə Bağdadda partlayış törədilib. Şahidlərin “Reuters” agentliyinə deməsinə görə, partlayışın səsi İraq paytaxtında hökuməti binaları və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonadan gəlib.

Baş nazir Adel Abdul Mahdi elə həmin Bağdadda axşam saat 8-də komendant saatı elan edib. Bu qadağa ölkənin cənubuna da aiddir.

Son iki gündə ölkədə hökumətə qarşı çıxan etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda biri polis əməkdaşı olmaqla azı 11 nəfər öldürülüb, 400-dən çox adam yaralanıb.

Bağdadda və cənubdakı Nəsiriyyə şəhərində minlərlə adam küçələrə çıxaraq dövlət korrupsiyasına, dövlət xidmətlərinin zəifliyinə, elektrikin kəsilməsinə, su qıtlığna etiraz edib.

İraq ərazisinin böyük hissəsində internetə çıxışın, sosial media platformalarının məhdudlaşdırıldığı bildirilir.

Hökumət zorakılığa görə “iğtişaşı qızışdıranları” suçlayıb.

Milli Təhlükəsizlik Şurası oktyabrın 2-də fövqəladə toplantıdan sonra bəyanat yayaraq etiraz və özünüifadə hüququnun təmin olunduğunu bildirib, ancaq etirazçıların zorakı hərəkətlərini pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG