Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 14:45

Ali Məhkəmə Yalçın İmanova 'yox' dedi


Y.İmanov

Oktyabrın 1-də Ali Məhkəmə Vəkillər Kollegiyasının keçmiş üzvü Yalçın İmanovun kassasiya şikayətinə baxıb.

Hakim Rahib Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə Y.İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərardan verdiyi şikayəti təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Y.İmanovun deməsinə görə, bununla Ali Məhkəmə onun vəkillik fəaliyyətinə rəsmən son qoyub. «Ali Məhkəmə sanki notarial kontorun rolunu oynayaraq, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu, ölkə daxilində son məhkəmə çəkişməm oldu. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarımı bərpa etməyə çalışacam», - İmanov bildirib.

Onun bu açıqlamasına, hələlik, Ali Məhkəmədən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Bununla da Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Y.İmanov müdafiə etdiyi «Müsəlman Birliyi» Hərəkatının sədr müavini, bir sıra ağır cinayətlərdə ittiham olunaraq 20 il həbs cəzası alan Abbas Hüseynovun həbsdə işgəncəyə məruz qalması ilə bağlı şikayətini mətbuata çatdırıb. Penitensiar Xidmətin müəssisəsi isə bunu onların nüfuzuna zərbə kimi qiymətləndirib.

Müdafiə tərəfi hesab edir ki, A.Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı şikayəti rəsmi qurumlara da çatdırılıb, amma obyektiv araşdırılmayıb. Rəsmi qurumlar isə bu deyilənləri qəbul etmirlər.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi Y.İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG