Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:13

Azərbaycanda əhalini yenidən siyahıya alırlar


9-Baku-Azerbaijan. June 2013. Military parade held in Baku city centre. Submarines in the Caspian Sea

Bu gün, oktyabrın 1-dən Azərbaycanda əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması başlayır.

Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 7-də imzaladığı «2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında» Fərmana əsasən, növbəti siyahıyaalınma bu il oktyabrın 1-10-da keçirilməlidir. Əhalinin siyahıyaalınması, onun yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilib.

Qurumdan bildiriblər ki, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb.

DSK-nın son məlumatlarına görə, hazırda ölkə sakinlərinin sayı 10 milyon nəfəri keçib.

Amma son illər Azərbaycanda bir məqam özünü göstərir.

DSK ilə Mərkəzi Seçki Komissiyasının (MSK) siyahılarında ölkədə seçici yaşda insanların sayında kəskin fərq müşahidə edilir. Bu hal beynəlxalq təşkilatların da hesabatında öz əksini tapıb.

Bu yaxınlarda bu məsələ ilə bağlı suala cavab olaraq MSK-dan bildirmişdilər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir: «Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür».

Komissiyadan habelə deyilib ki, seçici sayına təsir edən müxtəlif amillər olur - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.

MSK-dan bu ilin əvvəlində bildirmişdilər ki, Azərbaycanda 5 milyon 212 min 902 nəfər seçici var.

Xatırlatma

Azərbaycanda əhalinin siyahıyaalınması sonuncu dəfə 2009-cu ildə keçirilib. Ölkədə əhalinin siyahıya alınması hər 10 ildən bir təşkil edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG