Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

Çin bayram edir, Honq Konqda toqquşmalar


Honq Konq, 1 oktyabr, 2019-cu il

Oktyabrın 1-də Pekinin mərkəzində Tiananmen meydanında hərbi parad keçirilib, Dongfeng-41 qitələrarası raket daxil olmaqla ən qabaqcıl silahlar nümayiş olunub.

Honq Konqda isə demokratiya tələb edən etirazçılara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Şəhərin müxtəlif yerlərində qara libaslı etirazçılarla polis arasında toqquşmalar yaşanıb.

Honq Konqun adı çəkilməyən polis əməkdaşları bir etirazçıya atəş açıldığını bildirib. Təsdiqlənərsə, bu, etirazçının güllələndiyi ilk hal olacaq.

Avropa Birliyi oktyabrın 1-də “gərginliyin azaldılmasına və təmkinli olmağa” çağırıb.

***

Oktyabrın 1-də Çin kommunizmin 70 illiyini qeyd edir. Yarımmuxtar Honq Konq şəhərində hökumətə qarşı icazəsiz aksiyalar planlaşdırılır.

Pekində Milli Gün atəşfəşanlıq, müxtəlif bayram tədbirləri, parad təşkil olunur.

Honq Konqda dörd aya yaxındır davam edən etirazlar daha geniş demokratiya tələbi səsləndirilir. Şəhər hakimiyyəti bu gün metrostansiyalarını, böyük ticarət mərkəzlərini bağlayıb.

Bu şəhərdə etirazlar başlananı 1700-dək nümayişçi həbs olunub. Çin Prezidenti Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən bu nümayişlər ona qarşı ən böyük etiraz dalğası sayılır.

Çində bayram tədbirlərinə 100 minədək adamın qatılacağı gözlənir. Xarici ölkə liderləri dəvət olunmasa da, xarici ölkə səfirləri iştirak edəcəklər.

“Reuters”in məlumatına görə, hakim Kommunist partiyası tədbirlərdə iştirak edənləri sadiqliyi və etibarlılığına görə seçir.

Çin ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadiyyatıdır.

Tənqidçilər Pekini insan haqlarını məhdudlaşdırması, etnik uyğurlarla sərt rəftara görə tənqid edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG