Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Ukrayna hökuməti beşillik inkişaf planı açıqlayır


Oleksiy Honcharuk

Sentyabrın 30-da Ukraynanın Baş naziri Oleksiy Honcharuk ölkənin inkişafına dair 5 illik fəaliyyət planı açıqlayıb. Hökumətin vebsaytında yerləşdirilmiş planda insan kapitalı, iqtisadiyyat, müdafiə, həyat keyfiyyəti, Avropaya inteqrasiya prioritet sahələr kimi göstərilir.

Kabinetini “texnokrat hökumət” kimi təqdim edən Honcharuk “davamlı şəkildə elm, təhsil və mədəniyyət sahələrinə yatırım etmək”, “xalqa keyfiyyətli və çatımlı xidmət göstərmək” vədləri verib.

Baş nazir beş il ərzində ölkə iqtisadiyyatında 40 faiz, illik 8 faizlik artım görmək istəyir.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu isə bu il üçün istehsalın həcminin 3 faizi keçməyəcəyini proqnozlaşdırır.

Honcharuk minimum aylıq maaşı 174 dollara yaxınlaşdırmaq istəyir.

Proqramda deyilir ki, beş il ərzində təcili yardım və polis maşınlarının şəhərlərdə 10 dəqiqə, başqa yerlərdə isə 20 dəqiqə ərzində çağırış yerinə gəlməsinə nail olunmalıdır.

Bütün hökumət xidmətlərinin onlayn formaya keçilməsi, 24 min kilometr yol çəkilməsi planlaşdırılır.

Demoqrafik trendlərin də dəyişəcəyi bildirilir, belə ki, doğum ölüm səviyyəsini üstələyəcək deyə əhali artacaq, ölkədən mühacirət edən ukraynalıdan daha artıq vətəndaş geri qayıdacaq.

Hökumət ətraf mühit çirklənməsini 20 faiz azaltmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG