Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Britaniya AB-dən sazişlə çıxmağa ümid edir


Britaniya parlamentinin qarşısı

Böyük Britaniya Avropa Birliyindən oktyabrın 31-də çıxacaq və bunun sazişlə gerçəkləşəcəyinə ümid edir. Bunu ölkənin Maliyyə naziri Sajid Javid bu gün – sentyabrın 30-da deyib.

“Ümid edirik, sazişlə çıxacağıq. Saziş əldə edə bilməsək, məncə, istənilən halda çıxmaq və sazişsiz çıxmaq vacibdir. Bitkin olmasa da, 31-də çıxmağımız məqsədəuyğundur”, – Javid ITV-yə deyib.

Javid-dən dəfələrlə soruşulub ki, hökumət sazişsiz Breksit-ə necə nail olacaq. Axı, qanunla baş nazir bu halda Breksiti təxirə salmalıdır. Nazir buna izahat verməkdən imtina edib.

“Parlamentin qəbul etdiyi qanunvericilik işləri, əlbəttə ki, daha da çətinləşdirib. Ancaq bizim siyasətimiz tamamilə dəyişməzdir, oktyabrın 31-də çıxırıq”, – Javid vurğulayıb.

Boris Johnson isə bazar günü vurğulayıb ki, AB-dən çıxmaq üzrə sazişi əldə edə bilməsə belə, baş nazir postundan getməyəcək. Onun sözlərinə görə, yalnız Mühafizəkarlar Partiyası oktyabrın 31-də Breksitə nail ola bilər.

“Adamlar bu ölkənin vacib seçim məqamına yaxınlaşdığını hiss etməlidir, biz oktyabrın 31-də Breksitə nail olmalıyıq. Bunu həyata keçirəcəyəm”, – o, BBC televiziyasına söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG