Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:27

Hökumət gələn ilin büdcə layihəsini bəyənib


Nazirlər Kabineti

Azərbaycan hökuməti gələn ilin büdcə layihəsini bəyənib.

Bununla bağlı baş nazir Novruz Məmmədov sentyabrın 25-də qərar imzalayıb. Nazirlər Kabineti büdcə layihəsini sentyabrın 23-də müzakirə etmişdi.

Sənədə əsasən, layihə prezidentə təqdim ediləcək. Ancaq qərarda büdcə parametrlərindən bəhs edilmir.

Bundan əvvəl layihəni Maliyyə Nazirliyi bəyənmişdi.

Maliyyə Nazirliyinin yaydığı layihəyə əsasən, Azərbaycanda 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 mlrd. 617.7 mln. manat proqnozlaşdırılır. Bu, 2019-cu ilin təsdiq edilmiş eyni göstəricisi ilə müqayisədə 427.7 mln. manat çoxdur.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 mlrd. 484 mln. manat məbləğində proqnozlaşdırılır. Bu isə bu il təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 mlrd. 316 mln. manat və ya 5.7 faiz artıqdır.

Layihəyə görə, Dövlət Neft Fondundan transfert 11 mlrd. 767.5 mln. manat (57 faiz) təşkil etməlidir. Bu ilin büdcəsində Neft Fondundan transfertin məbləği bundan az, 11 mlrd. 364.3 mln. manat müəyyənləşdirilib.

Büdcə layihəsində neftin qiyməti 55 dollar götürülüb. Bu isə 2019-cu ilin dövlət büdcəsində neftin bir barelinin götürülmüş qiymətindən 5 dollar azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG