Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:12

Türkmənistanda parlamentlə Xalq Şurası birləşdirilir


Gurbanguly Berdymukhammedov

Türkmənistanın siyasi islahatlar vəd eləyən Prezidenti Gurbanguly Berdymukhammedov deyir ki, birpalatalı parlament – Məclis Xalq Şurası ilə birləşəcək və ikipalatalı qanunverici orqan yaradılacaq.

Berdymukhammedov Xalq Şurasının iclasında bu birləşməninin yollarını hazırlayacaq konstitusiya komissiyası barədə fərman imzaladığını bildirib.

Onun sözlərinə görə, bu addım “ölkənin bütün sosial səviyyələrinin maraqlarına xidmət üçün” gərəkdir.

Xalq Şurası (Halk Maslahaty) 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında yaradılıb. Berdymukhammedov şuranın sədridir.

Ali Məhkəmənin sədri, parlamentin spikeri, bəzi deputatlar, hökumət üzvləri, baş prokuror, bəzi digər məmurlar şuranın üzvləridir.

Bu addım ölkənin iqtisadi çətinliklər yaşadığı bir dönəmə təsadüf edir.

Tənqidçilər Berdymukhammedov-un narazıları susdurduğunu deyirlər. O, sələfi Saparmurat Niyazov 2006-cı ildə vəfat edəndən sonra hakimiyyətə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG