Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:59

Sibirdə təyyarə sərt eniş edib, 56 yaralı var


Boeing təyyarəsi

Rusiya bildirir ki, Sibirin Barnaul şəhərində Boeing təyyarəsi sərt eniş edib, 56 nəfər xəsarət alıb.

Bir nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə tibbi yardım göstərilərək evə buraxılıb, Rusiya mediası sentyabrın 26-da yazıb.

330 sərnişin olan Boeing 767-300 sentyabrın 25-də Vyetnamdan qalxıb. Həmin axşam Barnaula enərkən sağ şassisi tüstülənib.

Sankt Peterburqda bir televiziya yaydığı görüntünün Boeing-ə məxsus olduğunu bildirir. Videoda təyyarənin ətrafında bir neçə fövqəladə maşın görünür, biri təyyarənin üstünə maye püskürdür.

Kanal 5 telekanalı bildirir ki, Barnauldakı fövqəladə xidmət əməkdaşları həmin gün təyyarə evakuasiyası üzrə təlim keçiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG