Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:56

Trump Pakistanla Hindistana nə deyib


Kəşmir, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump deyir ki, Pakistan və Hindistan liderləri ilə Nyu Yorkda ayrı-ayrı görüşlərdə onları fikir ayrılıqlarını yoluna qoymağa, mübahisəli Kəşmir vilayəti üzrə onillərdir davam edən mübahisəni həll etməyə çağırıb.

“Dedim ki, ‘dostlar, bunu yoluna qoyun. Sadəcə, yoluna qoyun’”, – Trump sentyabrın 25-də Nyu Yorkda BMT-nin Baş Məclisi çərçivəsində jurnalistlərə deyib.

“Onlar iki nüvə ölkəsidir. Bunu yoluna qoymalıdırlar”, – Trump vurğulayıb.

Pakistanla Hindistan 1947-ci ildə Britaniyadan müstəqillik əldə edəndən üç dəfə müharibə ediblər, onun ikisi Kəşmirə nəzarət uğrunda olub. Hər iki ölkə bu regionu bütünlükdə özününkü sayır.

Hindistanın Baş naziri Narendra Modi avqustun 5-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. Hindistan hakimiyyətə burada komendant saatı tətbiq edib, sakinlərin kommunikasiya əlaqələrini, internetini kəsib.

Pakistanın Baş naziri Imran Khan Birləşmiş Ştatları Kəşmir məsələsi ilə məşğul olmağa çağırıb, hətta Trump-ın vasitəçiliyini təklif edib. Hindistan isə məsələyə kənar müdaxiləyə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG