Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:20

Taliban ÜST-yə qadağanı qaldırır


Əfqanıstanda poliomelitə qarşı peyvəndi təbliğ edən plakat

Əfqanıstandakı Taliban yaraqlıları qruplaşmanın nəzarətində olan ərazilərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətinə qadağanı qaldırıblar. Bu, ekstremist qruplaşmanın Birləşmiş Ştatlarla sülh danışıqları iflas edəndən sonra imicini yaxşılaşdırmağa daha bir cəhdidir.

Taliban bu ilin aprelində ÜST və Beynəlxalq Qırmızı Xaç Komitəsinin onun işğalı altında olan ərazilərdə fəaliyyətini yasaqlamışdı. Qruplaşma bu təşkilatları poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyası altında “şübhəli” fəaliyyətlə məşğul olmaqda suçlayırdı.

“Qüsurlarını anlayandan, təmsilçilərimizlə daimi kontakt və görüşlərdən sonra ÜST fəaliyyətinə icazə aldı”, – Talibanın sözçüsü Zabihullah Mujahid bəyanatında deyib.

Bu qadağa sözügedən yoluxucu uşaq iflici xəstəliyinin geniş yayıldığı Əfqanıstanda böyük humanitar böhranı gücləndirə bilərdi.

Taliban sentyabrın 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə qadağanı ləğv etmiş, əməkdaşlarının təhlükəsizliyinə təminatı bərpa etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG