Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:14

Çoxuşaqlı ailələrə ipoteka güzəşti


Vladimir Putin Kalininqradda doğum evində, arxiv fotosu
Vladimir Putin Kalininqradda doğum evində, arxiv fotosu

Sentyabrın 25-dən Rusiyada çoxuşaqlı ailələrə ipoteka güzəşti üzrə rəsmi proqram işə düşüb. Proqram haqda Rusiya Prezidenti Vladimir Putin bu ilin fevralında açıqlama vermişdi. Bundan sonra kompensasiya ödənişi qanuna salındı və Federasiya Şurası onu iyunda təsdiqlədi.

Qanuna görə, hazırda ipoteka krediti ödəyən, yaxud 2023-cü il iyulun 1-dək kredit götürəcək çoxuşaqlı ailələr büdcədən 450 min rubl kompensasiya alacaqlar. Bu kateqoriyaya 2019-cu il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək üçüncü və daha çox uşağı doğulan, yaxud hələ doğulacaq ailələr də daxildir. Kompensasiyanı almaqdan ötrü onlar ipoteka götürdükləri banka getməlidirlər.

Kredit götürən kompensasiyanı yalnız bircə dəfə ala bilər, yəni proqram müddətində neçə uşağın dünyaya gəlməsinin bura dəxli yoxdur. İpoteka götürülən əmlak mənzil, ev, torpaq sahəsi, yaxud şərikli tikintidə yaşayış sahəsi ola bilər.

2019-cu ilin yazında Rusiyada orta ipoteka məbləği 2,55 milyon rubl olub. Beləliklə, proqram iştirakçıları kreditin 20%-ni bağlaya bilərlər.

Bu proqram yalnız Rusiya vətəndaşlarını əhatələyir, kredit götürmüş miqrantlar, yaxud övladı olmayan vətəndaşlara aid deyil. Valideynlik hüququndan məhrum edilmiş şəxslər də bu imtiyazdan yararlana bilməzlər.

Çoxuşaqlı ailələrə dəstək və yoxsulluqla mübarizə Putin-in 2019-cu il mesajının əsas iki mövzusu idi. Prezident müraciətində elan edib ki, uşaqlara görə ödənişlər artacaq və ailələrin vergi yükü azalacaq. Həmçinin çoxuşaqlı ailələrə məxsus torpaq sahələrinin vergidən azad olunması, işini itirmiş, krediti müvəqqəti ödəyə bilməyənlər üçün ipoteka fasiləsi vermək təklif olunmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG