Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:54

Putin Maduro ilə görüşüb


Vladimir Putin və Nicolas Maduro

Rusiya Prezidenti Vladimir Putin Moskvada venesuelalı həmkarı Nicolas Maduro ilə görüşüb. Rusiya Maduronun azsaylı müttəfiqlərindəndir. ABŞ və dünyanın 50-dək ölkəsi onu qanuni lider kimi tanımır.

Venesuelanın ağır iqtisadi və siyasi böhran içində olmasına baxmayaraq, Moskva Maduro-ya səxavətlə kredit ayırıb.

Nə Putin, nə də Maduro hansısa maliyyə yarıdımı haqda danışmayıblar. Ancaq Putin deyib ki, Rusiya indiyədək Venesuelaya 4 milyard dollar sərmayə qoyub.

Putin Maduro-ya deyib ki, Rusiya bu ölkədə siyasi böhrandan çıxış yolu tapmaq üçün hökumətlə müxalifətin dialoqunu dəstəkləyir.

Rusiyanın Interfax agentliyinin yaydığı xəbərə görə, Rusiya bu il Venesuelaya 600 min buğda göndərməyi planlaşdrır.

Bu səfərdən bir gün öncə ABŞ Prezidenti Donald Trump BMT-dəki çıxışında Maduro-nu pisləyib.

Venesuela müxalifəti bu ayın əvvəlində bildirib ki, Norveçin vasitəçilik etdiyi dialoq başa çatıb. Bundan altı həftə öncə isə Maduro hökuməti ABŞ-ın Karakasa sanksiyaları sərtləşdirməsinə etiraz olaraq danışıqlarda iştirakını dayandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG