Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:30

Pakistanda zəlzələdə azı 22 nəfər həlak olub


Mirpur şəhəri, 24 sentyabr, 2019-cu il

Pakistanın cənubunda 5,8 bal gücündə zəlzələ olub, azı 22 nəfər həlak olub, 300-dən çox adam yaralanıb. Zəlzələ Hindistanın paytaxtı Yeni Dehlidə də hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, sentyabrın 24-də baş vermiş zəlzələnin episentri mübahisəli Kəşmir regionunun Pakistanın nəzarətində olan hissəsindəki Mirpur şəhərinə yaxın qeydə alınıb.

Kəşmirin Pakistan hissəsinin informasiya naziri Mushtaf Minhas deyib ki, qadınlar və uşaqlar daxil 22 nəfər tavanların, divarların çökməsi nəticəsində dünyasını dəyişib. O, zəlzələdən ziyan görmüş əhalinin “çadır, ərzaq, digər vacib ləvazimatla” təmin olunduğunu söyləyib.

Ordu isə regiona “aviasiya və tibbi dəstək” komandalarının göndərildiyini bildirib.

Titrəyişlər Pakistanın paytaxtı İslamabadda da hiss olunub. Şahidlər adamların küçələrə çıxdığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG