Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00

Helmandda azı 35 dinc sakin öldürülüb


Helmand vilayəti, arxiv fotosu

Əfqanıstanın cənubunda Helmand vilayətində azı 35 dinc sakin öldürülüb, 13 nəfər yaralanıb. İnsident sentyabrın 22-də axşam xüsusi qüvvələrin reydi zamanı baş verib. Rəsmilər Talibanın həmin evdə intiharçılara təlim keçildiyini bildirirlər.

Hücum zamanı hədəf yaxınlığındakı toy mərasimi atəşə məruz qalıb.

“35 dinc sakin öldürülüb, 13 nəfər yaralanıb. Bu adamlar hücum ərazisi yaxınlığında toyda iştirak edirdilər”, – Helmand vilayət şurasının üzvü Attaullah Afghan deyib.

Şuranın digər üzvü Abdul Majid Akhundzadah-nın deməsinə görə, hücumda hamısı dinc sakin olmaqla 40 nəfər öldürülüb.

ABŞ ordusu isə reyddə 22 talibançının qətlə yetirildiyini bildirir.

Vilayət valisinin sözçüsü Omar Zwak reyddə altı əcnəbi daxil olmaqla 14 yaraqlının öldürüldüyünü deyib. Zwak dinc sakinlərinin ölüm xəbərlərinin araşdırıldığını vurğulayıb.

XS
SM
MD
LG