Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:07

Ermənistan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun qaytarılmasına baxır


David Tonoyan
David Tonoyan

Ermənistan azərbaycanlı girovların qaytarılması məsələsinin müzakirə edildiyini deyir.

Ermənistanın müdafiə naziri David Tonoyan Xankəndində girovluqda olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanan iki Ermənistan vətəndaşı ilə dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. O bunu sentyabrın 20-da Yerevanda keçirdiyi brifinqdə deyib: ​«Dünən Qırmızı Xaç təşkilatı bizə Azərbaycanın rəsmi təklifini təqdim edib. Bəzi məsələlər müzakirə olunmalı və bundan sonra cavab verilməlidir. Biz prinsipcə Ermənistan vətəndaşlarının evə dönməsinə qarşı deyilik. Mən bunu sırf bir humanitar aksiya kimi qiymətləndirir və bu vəziyyətə mübadilə mövqeyindən yanaşıram».

Tonoyan sonda jurnalistlərdən birinin sualını cavablandırarkən deyib ki, belə bir mübadiləni istisna etmir, amma bu barədə qərar vermək Qarabağdakı erməni rejiminin suveren hüququdur.

İlham Əliyev Xankəndində «məhkəmə»si gedən azərbaycanlı girovları azad etməyə çağırır
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Qeyd edək ki, Azərbaycan əvvəl də Ermənistana girovların «hamının hamıya» prinsipi ilə dəyişdirilməsini təklif edirdi. Amma Ermənistanın baş naziri Nikol Paşinyan Ş.Quliyev və D.Əsgərovu qətldə ittiham edərək onların Azərbaycana verilməsinin real olmadığını bildirmişdi.

Erməni əsirlərə gəldikdə isə, söhbət 34-yaşlı Karen Kazaryan və 19-yaşlı hərbi qulluqçu Araik Kazaryandan gedir.

K.Kazaryan ötən ilin yayında Ermənistanın Tavuş bölgəsi istiqamətində Azərbaycan tərəfə keçib. Azərbaycan məhkəməsi onu təxribat cəhdində təqsirli bilərək 20 il azadlıqdan məhrum edib. A.Kazaryansa Azərbaycan tərəfə ötən ay keçib. Azərbaycan tərəfinin məlumatına görə, o, pis rəftara görə xidmət etdiyi hərbi hissəni tərk edib. Erməni tərəfi isə onun azdığını iddia edir.

Ş.Quliyev ilə D.Əsgərov 2014-cü ildə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir düşüblər. Onlar Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirirlər. Erməni tərəfi isə onları qətl və digər ağır cinayətlər törətməkdə ittiham edir.

Xankəndində erməni rejimi D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il azadlıqdan məhrum edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG