Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Nazirlər Nyu-Yorkda görüşə bilər


Vaşinqton görüşü. 20 iyun 2019

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla sentyabrın 23-də görüşü gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 20-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, sentyabrın 22-də Nyu-York şəhərində E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

XİN qeyd edir ki, sentyabrın 23-də isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu müzakirə edilməlidir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş 2019-cu ilin iyununda Vaşinqtonda keçirilib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG