Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Cəbhəçi ona məhdudiyyətin götürüldüyünü deyir


N.Abdullazadə bundan öncə də bir neçə dəfə saxlanaraq inzibati həbs cəzaları alıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Nicat Abdullazədə ölkədən çıxışına qadağanın götürüldüyünü açıqlayıb.

«Kredit borcum olduğunu görə ölkədən çıxışıma qadağa qoyulmuşdu. Mən isə demişdim ki, prezidentin fərmanı var və borclu şəxslərin məhkəmədə olan işləri banklara qaytarılmalı, ölkədən çıxışıma qadağa da götürülməlidir. Nəhayət, bankdan arayışı təqdim etdikdən sonra problemim həll olundu və mən ölkədən çıxa bildim», - N.Abdullazadə AzadlıqRadiosuna bildirib.

Kreditə görə ölkədən buraxılmadığını deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Nicat Abdullazadə sentyabrın 19-da Bakı hava limanından xarici ölkəyə buraxılmadığını bildirir.

N.Abdullazadənin AzadlıqRadiosuna söyləməsinə görə, hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı ona ölkədən çıxışıma qadağa qoyulduğunu bildirib: «Bir gün öncə, sentyabrın 18-də Ədliyyə Nazirliyinin rəsmi saytından ölkədən giriş-çıxışımı yoxladığım zaman heç bir qadağa olmadığı göstərilmişdi», - Abdullazadə əlavə edib.

N.Abdullazadənin deməsinə görə, sentyabrın 21-də mühacirlərin təsis etdiyi AND (Azərbaycan Naminə Demokratiya) təşkilatının Almaniyanın Frankfurt şəhərində keçiriləcək qurultayında iştirak etmək niyyətində olub.

«Mənə bildirdilər ki, problemli kreditlərlə bağlı ölkədən çıxışıma qadağa qoyulub. Amma bu qadağanın qoyulması yanlışdır. Çünki prezidentin 2019-cu ildə imzaladığı problemli kreditlərlə bağlı sərəncamından sonra bu problem aradan qaldırılıb. Bugün, sentyabrın 19-da bank mənə hər hansı problemin olmaması barədə sənəd verdi və sənədi müvafiq quruma təqdim etdim. Söz verdilər ki, ölkədən çıxışıma qadağa iki saat ərzində aradan qaldırılacaq. Gözləyirəm...», - Abdullazadə bildirib.

O, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Onun bu açıqlamasına, hələlik, Dövlət Sərhəd Xidməti və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP fəalı Nicat Abdullazadə bundan öncə də bir neçə dəfə saxlanaraq inzibati həbs cəzaları alıb. O, əsasən, polisə müqavimətdə ittiham edilib. AXCP fəalı bunu dinc, sivil siyasi fəaliyyətinə görə təzyiq kimi qiymətləndirib. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim dinc, sivil siyasi fəaliyyətə görə təqib edilmir.

Prezident İlham Əliyev bu il fevralın 28-də fiziki şəxslərin problemli kreditlərinin həll olunması ilə bağlı fərman imzalayıb. Fərmanda 10 min ABŞ dollarına qədər kredit götürən fiziki şəxslərin borcunun ödənməsində güzəştlər nəzərdə tutulub. Prezidentin imzaladığı sənəd devalvasiyadan (2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Manat iki dəfə dəyər itirib) yaranmış ziyanın dövlət hesabına ödənməsini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG