Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 23:52

Gantz Netanyahu-nun birlik hökuməti təklifini rədd edir


Benjamin Netanyahu (solda) və Benny Gantz

İsrailin mərkəzçi Mavi və Ağ partiyası Baş nazir Benjamin Netanyahu-nun koalisiya təklifini rədd edib.

“Biz Netanyahu-nun koalisiyasına daxil olmarıq”, – Mavi və Ağ liderlərindən Moshe Yaalon sentyabrın 19-da jurnalistlərə deyib.

Gantz-ın partiyası parlamentdə Netanyahu-nun Likud partiyasından iki yer çox qazanıb.

***

Netanyahu rəqibini milli birlik hökuməti qurmağa çağırır

İsrailin Baş naziri Benjamin Netanyahu əsas rəqibi Benny Gantz-ı milli birlik hökuməti qurmağa çağırıb. Sentyabrın 17-də keçirilmiş ikinci seçkidə partiyalardan heç biri parlamentdə çoxluğu qazana bilməyib.

Netanyahu sentyabrın 19-da videomüraciətində deyib ki, sağ-qanad koalisiya qurmağa üstünlük verir, ancaq nəticələr bunun mümkün olmadığını göstərir. O, Gantz-ı “bu gün geniş birlik hökuməti” formalaşdırmağa çağırıb.

Netanyahu-nun etirafı İsraildə 17 sentyabr parlament seçkisindən sonra böyük irəliləyiş sayılır.

Keçmiş ordu rəhbəri, mərkəzçi Mavi və Ağ partiyasının rəhbəri Gantz sentyabrın 18-də deyib ki, “yaxşı, arzulanan birlik hökuməti”nə ümid edir. Ancaq o, Netanyahu-nun sağ təmayül Likud partiyası ilə koalisiyanı istisna edir, baş nazirə qarşı korrupsiya ittihamlarını əsas gətirir.

Netanyahu isə ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG