Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:12

Dünyanın sərvəti azalır


İllüstrativ foto
İllüstrativ foto

2018-ci ildə dünyanın sərvəti siyasi qeyri-müəyyənliklərin, ABŞ-Çin ticari söz müharibəsinin qurbanı olub. 2008-ci ildən bəri ilk dəfə olaraq ötən il ailələrin gəlirləri azalıb. Yeni açıqlanmış Allianz Qlobal Sərvət Hesabatında belə deyilir.

İnkişaf etməkdə olan bazarlarda ümumi maliyyə aktivləri ilk dəfə olaraq azalıb. Bu ölkələrdə -0.4% azalma sənayeləşmiş ölkələrdəkindən (-0.1%) çox olub. Aktivlərin 3.4% azaldığı Çində inkişafın zəifləməsinin də bunda rolu var. Ancaq Meksika və Cənubi Afrika kimi digər mühüm inkişaf edən bazarlar da 2018-ci ildə ciddi itkilər yaşayıb.

Yeni əmanətlərin həcmi artır

Son 20 ildə dünyanın daha yoxsul və daha zəngin ölkələri arasında artım fərqi ortalama 11.2 faizdir. Ticarət mübahisələri yoxsul ölkələrin ayaqlaşma prosesində kəskin şəkildə dayandırıb. Ancaq bundan sənayeləşmiş ölkələr də qazanmayıb. Yaponiya (-1.2%), Avropa (-0.2%) və Şimali Amerikada (-0.3%) mənfi aktiv artımı qeydə alınıb.

Bu arada yeni əmanətlərin məbləği rekord vurub. Onların həcmi 22% yüksələrək 2,700 milyard avronu keçib. Bu artım daha çox ABŞ-la bağlıdır. Birləşmiş Ştatlarda ailələr ölkədəki vergi islahatı sayəsində yeni əmanətlərinin məbləğini 46% artırıblar. Sənayeləşmiş ölkələrdəki bütün əmanətlərin üçdə ikisi Birləşmiş Ştatlardadır.

Ancaq əmanətlər məsələsində də bir paradoks yaşanır. Bir çoxları təqaüdə çıxandan sonra daha uzun və daha aktiv həyat gözlədiyindən əmanət yığır. Ancaq onlar yaşlı dövrün effektiv qorunması sayılan həyat sığortası, illik ödəniş kimi məsələləri yaxın buraxmırlar. Görünür, gəlirlərin azlığı uzunmüddətli əmanət arzusuna zərbə vurur. Hesabatda deyilir ki, gözlənən problemləri yoluna qoymaqdan ötrü dünyaya uzunmüddətli əmanətçilər və investorlar gərəkdir.

Asiyada, özəlliklə Çində borc dinamikası narahatlıq yaradır. 54%-lik borc əmsalı olan çinli ailələr almanlar, italyanlar kimi borclanıblar. Sonuncu dəfə belə borclanma maliyyə böhranından öncə ABŞ, İspaniya və İrlandiyada müşahidə olunub. Ancaq yenə də daha çox sənayeləşmiş ölkələrlə müqayisədə Çində borc səviyyəsinin nisbətən aşağı olduğu görünür.

2018-ci ildə Çexiyada adambaşına 16 min 785, Rusiyada 4 min 167, Ukraynada 610, Qazaxıstanda 569 avroluq təmiz maliyyə aktivi düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG